Bir neçə gün əvvəl yaxın rəfiqələri ilə birlikdə hovuzda doğum günü ilə əlaqədar kef məclisi quran məşhur amerikalı model Emili Ratakovski ağlasığmaz addımı ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, model bir yaşlı oğlu Silvestr Apollo Bearanın ayağına döymə etdirib.
Emili sosial şəbəkə hesabında oğlunun iki şəklini paylaşıb. Fotonun birində bədənin müxtəlif yerlərində hazırlanmış üç eyni döymə var (Sly - Silvesterin ləqəbi).
İkinci şəkildə isə uşaq özü əks olunub.
İstifadəçilər bunun kimin döyməsi olduğunu başa düşməyiblər. Bunun uşaq olduğu qənaətinə gəliblər.
Aktrisanın postuna "Sly forever" başlığını yazması, izləyicilərin qəzəbinə səbəb olub. “Övlada döymə etdirmək hələ tezdir?”, "Ümid edirəm ki, bunu etməmisən, o, sadəcə uşaqdır" – deyə sosial şəbəkə əhli yazıb.
E.Ratakovski isə yazılan tənqidi rəylərə reaksiya verməyib.
Rəşad Əliyev, Bizim.Media