Dünya pop səhnəsinin kralı mərhum Maykl Ceksonun vizit kartı sayılan “I Believe I Can Fly” hitinin müəllifini azyaşlılara qarşı zorakılığa görə 25 il həbs cəzası gözləyir.
Bizim.Media xəbər verir ki, Ar Kelli təqib, pedofiliya və seks alverində təqsirli bilinib.
Onun bu cinayəti törətməkdə hansı cəza alacağına hələlik qərar verilməyib.
Prokuror Kellinin 25 il, vəkillər isə 17 il müddətində həbs gözləyəcəyini bildirib. İyunun 29-da musiqiçiyə məhkəmədə hökm oxunacaq.
Rəşad Əliyev, Bizim.Media