Xəbər verdiyimiz kimi, "Jah Khalib” ləqəbi ilə Rusiyada və Qazaxstanda məşhurlaşan repçi Bəxtiyar Məmmədov ata olub.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkədə körpə qızı ilə olan görüntüsünü paylaşıb.
Xəstəxananın palatasında körpəsinin başının üzərində duran repçi yayımladığı şəkilə qızının doğulduğu saatı, "03:38" yazıb.
Qeyd edək ki, "Jah Khalib" (Bəxtiyar Məmmədov) 1993-cü ildə Almatıda (Qazaxıstan) azərbaycanlı ailəsində anadan olub.
Rəşad Əliyev, Bizim.Media