Türkiyədə yaşayan azərbaycanlı aktrisa Könül Nağıyeva paylaşımı ilə adından söz etdirib.
Bizim.Media xəbər verir ki, 40 yaşlı sənətçi oğlu Muradla çəkdirdiyi fotoları sosial şəbəkə hesabında yayımlayıb.
O, oğlunun başına tac işarəsi qoyaraq, Muradla qürur duyduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, K.Nağıyeva Azərbaycan Prezidenti yanında Sosial İdarəetmə Akademiyasının məzunudur. O, “Ulduzlarla rəqs” və “Fort Boyard” verilişlərinin Azərbaycan versiyalarının iştirakçısı olub.
2014-cü ildən İstanbulda yaşayan aktrisaya "Tərk edilmiş" dramından sonra məşhurluq qazanıb.
O, 2018-ci ildə "Ən yaxşı xarici aktrisa" nominasiyasında əsas mükafata layiq görülüb.
Rəşad Əliyev, Bizim.Media