Xalq artisti Aygün Kazımovanın bir neçə gün əvvəl Naxçıvandakı konseri zamanı geyindiyi pencəyin qiyməti üzə çıxıb.
Bizim.Media xəbər verir ki, pop-divanın pencəyi yaxın dostu, dünyaca məşhur dizayner Rufət İsmayılın təsisçisi olduğu "Afffair" markasına məxsusdur.
Sözügedən brendin "Sumakh" kolleksiyasında yer alan üzü xalça naxışlı geyimin qiyməti 910 manatdır.
Qeyd edək ki, bu pencəyi "Trendyol"dan sifariş etmək mümkündür.
Rəşad Əliyev, Bizim.Media