“Qollarımın və ayaqlarımın həcmini azaltmaq istəyirəm. Ayaqlarımda sallanmalar var”.
Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Samirə Yusifqızı qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial proqramda deyib.
Xeyli çəki atdığını söyləyən söz ustadı plastik əməliyyat keçirmək istəyi ilə bağlı bunları deyib:
“Arıqlasam da qollarımın həcmi azalmayıb. Onları əməliyyat yolu ilə incəltmək istəyirəm. Bədənşəkilləndirmə əməliyyatı etdirməmişəm. Anadangəlmə beləyəm. Amma istərdim ki, bədənşəkilləndirmə əməliyyatı keçirim. Boğaz altı sallanmalarım da var. Onları da aradan qaldırsam, yaxşı olar”.
Verilişin aparıcısı Elgiz Əkbər “Əməliyyata 7-8 min manat pul lazımdır” - deyə Samirəyə səslənib.
Rəşad Əliyev, Bizim.Media