"Barselona"nın futbolçusu Jerar Pike sevgilisi, məşhur müğənni Şakiradan ayrılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə İspaniyanın "El Periodico" nəşri məlumat yayıb.
Məlumatda qeyd edilib ki, futbolçu Şakiraya başqa bir qadınla xəyanət edib. O, günahsız olduğunu desə də, müğənni ona inanmayıb.
Baş verənlərdən sonra Pike Şakira ilə birgə yaşadığı evi tərk edərək Barselonadakı evinə köçüb.
Qeyd edək ki, Şakira və Pikenin 2 oğulları olsa da, onlar evlənməyiblər.
Bizim.Media