Müğənni Elnarə Xəlilova bir müddət əvvəl Britaniyaya səfər edib.
Bizim.Media xəbər verir ki, sənətçi Böyük Britaniyada məşhur Vindzor qəsrinin ərazisində ənənəvi şəkildə keçirilən "Kral Atçılıq Şousu"na qatılıb.
O, bu ölkəyə Dövlət Sərhəd Xidmətinin mayoru, həyat yoldaşı Rövşən Cahangirovla birlikdə gedib. Müğənni Londonun gəzməli-görməli yerlərində fotolar çəkərək, sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Elnarə-Rövşən cütlüyünün dörd övladı var.
Rəşad Əliyev, Bizim.Media