“Qurd” ləqəbi ilə məşhurlaşan repçi Fərid Eminov pianoçu həyat yoldaşı Leyla ilə obyektiv qarşısına keçib.
Bizim.Media xəbər verir ki, hamilə olan Leyla həyat yoldaşı ilə çəkdirdiyi romantik fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
“Canım qızım, sevgimizə sevgi qatdığın üçün, bizə gözəl duyğular yaşatdığın üçün şükür edirəm. Səni atamızla səbirsizliklə gözləyirik” - deyə, Leyla şərh yazıb.
Cütlüyün bir neçə aydan sonra qız övladı dünyaya gələcək.
Qeyd edək ki, F.Eminovun ilk evliliyindən iki oğlu var.
Rəşad Əliyev, Bizim.Media