“OksiMedia” Production təsisçisi, aktrisa Oksana Rəsulova Azərbaycan Kinematoqrafçılar İttifaqına üzv seçilib.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat paylaşıb.
İclasda Xalq artistləri Rasim Balayev, Həmidə Ömərova, Əməkdar incəsənət xadimləri Ziya Şıxlinski, Mirbala Səlimli, Firəngiz Qurbanova, Cəmil Fərəcov, rejissorlar Tahir Tahiroviç və Oleq Səfərəliyev iştirak edib.
İclas zamanı ittifaqa üzvlük üçün ərizə formasında müraciət edən incəsənət nümayəndələrinin namizədliyi müzakirə olunub və səsvermə keçirilib.
Əməkdar artist Rasim Cəfərov, ssenarist Reyhan İsayeva, prodüser Oksana Rəsulova, sənətşünas Nadir Bədəlov, kinoaktyor Manaf Dadaşov, animasiya operatoru Ramiz Ağayev, aktyor-kaskadyorlar Sain Fərmanlı və Murad Abdullayev Azərbaycan Kinematoqrafçılar İttifaqına üzv qəbul olunublar.
Rəşad Əliyev, Bizim.Media