İzlənmə rekordları qıran, Türkiyənin məşhur serialı “Kuruluş Osman”da növbəti dəfə Azərbaycanın torpaqları haqqında söz açılıb.
Bizim.Media xəbər verir ki, ekran əsərinin “İnegöl'ün Fethi” adlı bölümündə məşhur aktyor Burak Özçivitin canlandırdığı Osman bəy Şuşa şəhərinin adını çəkib.
O, başına toplaşan igid əsgərlərə səslənərək “Şərqdəki Şuşa da bizimdir” sözlərini deyib.
Serialda rol alan məşhur kikboksçu Zabit Səmədov da görüntülərdə əks olunub.
Rəşad Əliyev, Bizim.Media