Müğənni Xatirə İslam yenidən bıçaq altına uzanıb.
Bizim.Media xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkə hesabında məlumat verib.
X.İslam əməliyyatdan sonra çəkilən görüntülərini paylaşaraq "Bu halıma güldüm. Məni olduğum kimi qəbul edin. Mən obrazlarla yaşaya bilmərəm" sözlərini yazıb.
O, duet ortağı və yaxın dostu Əməkdar artist Vasif Məhərrəmlini doğum günü münasibəti ilə təbrik edərək - "Sənin ad günündə buradayam. Burada başqa işlər gedir, qadın məsələləridir" - deyə, şərh yazıb.
Qeyd edək ki, Xatirə İslam bundan əvvəl artıq çəkidən xilas olmaq üçün plastik əməliyyat keçirib.
O, liposaksiya yolu ilə bədənindəki piylərdən azad olub.
Rəşad Əliyev, Bizim.Media