Britaniyalı pop müğənni Ed Şiran ikinci dəfə ata olub.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat verib.
İfaçının həyat yoldaşı Çerri Siborn qız övladı dünyaya gətirib.
“Hamınızın bir gözəl körpəmiz olduğunu bilmənizi istəyirəm. İkimiz də ona çox aşiqik”, – deyə müğənni yazıb.
Qeyd edək ki, cütlük 2019-cu ildə evlənib. Bir il sonra cütlüyün Layra Antarktida Siborn Şiran adlı bir qızı var.
Rəşad Əliyev, Bizim.Media