Rusiyanın pop ulduzu Sergey Lazarev ölkəsinin Ukraynaya hücümunu ilə bağlı "Instagram" hesabında yazdığı tənqidi statuslardan sonra sosial şəbəkələrdən tamamilə yoxa çıxıb.
Bizim.Media xəbər verir ki, 39 yaşlı müğənninin pərəstişkarları onun Rusiyanı həmişəlik tərk etdiyini iddia ediblər.
Lakin nəzərə alsaq ki, S.Lazarev fevralın 24-dən sonra Moskvanın Kuntsevo rayonunda yeni bahalı mənzil alıb, onun Rusiyanı tərk etməsi inandırıcı deyil.
Onun doğulduğu rayonda aldığı yeni mənzili 120 milyon rubl (Təxminən 3 milyon 215 manat) dəyərindədir.
Kuntsevo rayonundakı mənzildən əlavə, S.Lazarevin paytaxtın Pavlovo qəsəbəsində də mənzili var. 470 kv.m sahəsi olan üçmərtəbəli malikanə 2018-ci ilin sonunda müğənninin mülkiyyətindədir.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra bir çox dünyaca məşhur musiqi şirkətləri və platformalarının Rusiya bazarını tərk etməsi rus müğənnilərə böyük maddi zərbə vurub. Bu, S.Lazarevdəndə yan keçməyib. Məhz bu səbəbdən pop ulduz bir neçə həftə əvvəl musiqi fəaliyyətini dondurduğunu açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media