"Uzun illərdir rayon toylarına da gedəndə özümlə termos aparıram”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “Söhbət var” axşam şousunda deyib.
Sənətçi bildirib ki, toyda özü-özünə qulluq edir: “Ofisianta deyirsən çay gətir, başı qarışır, gec gəlir. Mən də ona görə termosumu, birdəfəlik çay paketimi, mürəbbə və ya balımı yanımda aparıram. Çayımı süzürəm və içirəm. Özüm özümə qulluq edirəm".
Rəşad Əliyev, Bizim.Media