"Deyirlər ki, iki arvadım var. Yalan sözdür, yayırlar. Bu şayiədir. Mənim bir həyat yoldaşım var".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov qonaq olduğu "Səni axtarıram" verilişində deyib.
Proqramın aparıcısı Xoşqədəm Hidayətqızının "Deyirlər ki, hər iki həyat yoldaşınız sizinlə bir evdə qalır" sualına aktyor belə cavab verib:
"Yox, bu yalandır. Mən birinci həyat yoldaşımdan rəsmi şəkildə boşanıb, ikinci dəfə ailə həyatı qurmuşam".
X. Hidayətqızı R.Rəhmanova yaxınlaşaraq, telefonda hər iki həyat yoldaşının birgə çəkilən fotosunu göstərərək, aktyora yalan danışdığını söyləyib.
R.Rəhmanov isə X.Hidayətqızının sözlərinə etirazını bildirib:
"Burada mehribançılıqdan söhbət gedir. O mehribançılığı hər kişi bacarmaz. Ailə əgər boşanırsa, balaların ürəyini sındırmaq olmaz".
Rəşad Əliyev, Bizim.Media