Xəbər verdiyimiz kimi, ötən gün 75-ci Kann Film Festivalının açılışı olub.
Bizim.Media xəbər verir ki, tədbirdə dünyaca məşhur braziliyalı model Adriana Lima da iştirak edib. Hamilə olan A.Lima görünüşü və geyindiyi libası ilə diqqətləri üzərinə cəmləyib.
40 yaşlı modelin göbək hissəsi dekolte əlbisəsi görənləri təəəccübləndirib.
O, libası ilə hamiləliyini gözlər önündə sərgiləyib. Sosial media əhli isə Adriananın bu geyimini tənqid atəşinə tutublar. Onlar Limanı pop ulduz Rihannanı təkrarlamaqda günahlandırıblar.
Qeyd edək ki, A.Limanın basketbolçu Marko Yariçlə olan evliliyindən 2 qızı var. Cütlük rəsmi olaraq 2016-cı ildə boşanıb.
Rəşad Əliyev, Bizim.Media