Türkiyənin məşhur aktrisası Ebru Şahin nişanlanıb.
Bizim.Media xəbər verir ki, sənətçi uzun müddətdir sevgili olduğu basketbolçu Cedi Osmanla münasibətlərini rəsmləşdirib.
Şahinin nişan məclisi Tekirdağda baş tutub. Ebru Şahini xoş günündə sənət yoldaşları tək buraxmayıb.
Cütlük həm özləri, həm də qonaqları ilə xatirə fotolarını çəkdirərək sosial şəbəkə hesablarında paylaşıblar.
Rəşad Əliyev, Bizim.Media