"Avroviziya-2022" beynəlxaq mahnı müsabiqəsində ölkəmizi "Fade to black" nəğməsi ilə təmsil edən ifaçı Nadir Rüstəmli paylaşımı ilə diqqət mərkəzinə düşüb.
Bizim.Media xəbər verir ki, ifaçı yarışmadakı çıxışının görüntülərini sosial şəbəkə hesabında yayımlaraq, fikirlərini bölüşüb.
"Unutmayacağım anlar yaşadığım üçün təşəkkürlər. Mənə sevgi və dəstək hiss etdirən hər kəsə təşəkkürlər. Sizi sevirəm"- deyə, Nadir yazıb.
Qeyd edək ki, N.Rüstəmli "Avroviziya-2022"-də ikinci yarımfinaldan finala keçsə də, 106 xalla 16-cı yerə çıxıb.
Rəşad Əliyev, Bizim.Media