Əməkdar artist Nigar Şabanova növbəti dəfə simasında estetik əməliyyat keçirib.
Bizim.Media xəbər verir ki, xanəndə özü bu haqda sosial şəbəkə hesabında məlumat paylaşıb.
Nigar dodaqlarını kiçildib və buxağını aradan qaldırıb. Əməkdar artist yeni görünüşü ilə fotolar çəkdirərək, estetik həkiminə minnətdarlığını ünvanlayıb.
Qeyd edək ki, N.Şabanova illər əvvəl rinoplastika əməliyyatı keçirib. Lakin burnunun formasından narazı qaldığı üçün xanəndə onu estetik yollarla daha da kiçildib.
Rəşad Əliyev, Bizim.Media