Müğənni Səidə Sultanla Əməkdar artist Elza Seyidcahan arasında yaşanan qalmaqal pik həddə çatıb.
Bizim.Media xəbər verir ki, Elzanın Səidə haqqında dediyi sözlərə qarşı tərəfin reaksiyası gecikməyib.
S.Sultan sosial şəbəkə hesabında Seyidcahana “nota” göndərib. "İQ" nə vaxtdan "qədeş bala" sözü olub? Bilən var? Elza xanımdan soruşublar, deyir intellektual xanımam, "qədeş bala" sözləri bilmirəm”.
Qeyd edək ki, Elza həftələr əvvəl Səidəni gündəmə musiqiləri ilə deyil, soyunmağı ilə gəldiyini söyləyərək onu yazıq adlandırıb. Bundan sonra ikili arasında qalmaqal daha da alovlanıb.
Rəşad Əliyev, Bizim.Media