Türkiyənin Antalya şəhərində keçirilən 23-cü Kənd Təsərrüfatı və İstixana Festivalı çərçivəsində baş tutan konsertdə çıxış edən Hadisə ilin “Pomidor kraliçası” seçilib.
Bizim.Media xəbər verir ki, sözügedən konserti təxminən 10 min adam izləyib.
Köhnə və yeni mahnılarını oxuyan Hadisə, “Gələcək siz gənclərin əlindədir. Nə istəyirsinizsə, o da gerçəkləşsin. Nə yaxşı ki, bu axşam buradayam” deyə gənclərə səslənib.
Qeyd edək ki, Kənd Təsərrüfatı və İstixana Festivalı 2 ildir koronavirus səbəbindən keçirilmirdi.
Bizim.Media