Rumıniya “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin təşkilatçılarını səslərin saxtalaşdırılmasında ittiham edib.
Bizim.Media xəbər verir ki, Rumıniya nümayəndə heyətinin rəhbəri Yuliana Marçuk bildirib ki, onların ölkəsindən olan münsiflər heyəti Moldovaya 12 xal verib, lakin qiymətlərin elanı zamanı nədənsə onlar Ukraynaya gediblər.
"Rumıniya münsiflər heyətinin səsverməsinin nəticəsinin yekun reytinq hesablanarkən nəzərə alınmaması, təşkilatçıların ölkəmizin münsiflər heyəti adından fərqli siyahıdan istifadə etməsi bizi təəccübləndirdi" deyə İuliana bildirib.
Yarışmadan dərhal sonra təşkilatçılar altı ölkədə münsiflər heyətinin səsverməsində pozuntuların olduğunu və onların dayandırıldığını açıqlayıb.
Qeyd edək ki, “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsinin təşkilatçısı Avropa Yayım Birliyi (AYB) dünənki yarışmanın səsverməsi zamanı 6 ölkənin (Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San Marino) münsiflər heyəti tərəfindən müsabiqədən çıxarıldığını bəyan edib.
Rəşad Əliyev, Bizim.Media