“İndi mən sevmirəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “O kimdir?” verilişində deyib.
Sənətçi həyatındankı sevgisindən söz açıb.
“Sevən Faiqi “min, sür”. Amma sevməyən Faiq daha açıqgözlü və daha ayıqdır. Mən sevəndə insan çoxdan dənizin arzusunda olur. Dənizə sarı gəlir və suya baş vurur. Suyun içinə girirsən və bütün səslər ölür. Heç bir səs qalmır, gözünü də güclə açırsan. Qorxursan ki, duzlu su gözünə girər. Mən də məhəbbətdə qulağı bağlı, gözü yumuluyam”.
Rəşad Əliyev, Bizim.Media