Türkiyənin məşhur müğənnisi Sibel Can oğlu Engincanla Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, onu hava limanında iş xanımı Ruhi Əliyeva böyük gül çələngi ilə qarşılayıb.
O, bu isti qarşılanmaya görə Ruhiyə təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərbaycanda böyük sevgi və rəğbətlə bəslənən Sibel Can bu gün saat 20:00-da “Bakı Konqress Mərkəz”də canlı solo konsert proqramı ilə çıxış edəcək.
Rəşad Əliyev, Bizim.Media