Dünya şöhrətli müğənni Adel Hollivud aktyoru Silvestr Stallonenin Beverli Hillsdəki evini alıb.
Bizim.Media xəbər verir ki, müğənni sevgilisi Riç Paul ilə əllərində 58 milyon dollara başa gələn təxminən iki min kvadratmetrlik yeni malikanənin açarları ilə çəkdirdikləri fotosunu paylaşıb.
Villa, səkiz yataq otağı, on iki vanna otağı, kinoteatr, siqar otağı, qolf sahəsi, iki mərtəbəli qonaq evi, mənzərəli hovuzdan ibarətdir.
Rəşad Əliyev, Bizim.Media