Məşhur estrada müğənnisi Valeri Meladze qardaşı, prodüser və bəstəkar Konstantin Meladze ilə birlikdə Rusiyanı həmişəlik tərk etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Bizim.Media xəbər verir ki, V.Meladze rəsmi Telegram kanalında böyük qardaşı ilə birlikdə Rusiya Federasiyasını həmişəlik tərk edərək Fransaya getdiyini bildirən xəbərin skrinşotunu dərc edib.
Xəbərin mətnində, “Valeri Meladze Rusiya Federasiyasının xalq artistinin sertifikatını və digər “kağız parçaları” yandırdığı yazılıb.
Rusiyadan getməsi xəbərini təkzib edən sənətçi sadəcə olaraq görüntüyə “saxta” işarə qoyub.
Rəşad Əliyev, Bizim Media