Türkiyənin pop ulduzu Edis Görgülü Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi hava limanında media nümayyəndələrinin suallarını cavablandırıb.
O, sabah baş tutacaq konserti ilə bağlı açıqlamar verib.
Müğənni 4 ay ABŞ-da istirahət etdiyini vurğulayıb. Bunun ardınca isə ilk konsertinin Bakıda olacağını söyləyib.
Qeyd edək ki, müğənni 7-8 may tarixlərində Bakı Konqress Mərkəzində çıxış edəcək.
Rəşad Əliyev, Bizim.Media