Müğənni Afət Fərmanqızı ikinci dəfə ana olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib:
“Qismət olsa, yenidən ana olacağam. Oğlumun 25 yaşı var. Şou-biznesdə o qədər qadınlar var ki, 50, 60 yaşdan sonra “mama” olurlar. Biri var ki, mən gizlin iş görüm. Amma mən gizlin iş görmədiyimdə oğlum mənə heçnə deyə bilməz”.
Qeyd edək ki, Rusiya vətəndaşı və iş adamı Mamed Nanacanovla ailə həyatı quran müğənni Afət Fərmanqızı Rusiyaya köçüb.
Rəşad Əliyev, Bizim.Media