“Avroviziya” təmsilçimiz Nadir Rüstəmli səhnədəki ikinci məşqindən sonra mətbuat konfransına qatılıb.
Bizim.Media xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran ifaçıdan canlı muğam ifa etməsini istəyiblər.
Rüstəmli aylar əvvəl “Səs Azərbaycan” müsabiqəsində ifa etdiyi “Xatirədir” əsərini oxuyub. Nadirin bu ifası media nümayyəndələrini feyziyab edib. Onun çıxışı alqışla qarşılanıb.
Qeyd edək ki, Xalq artisti Alim Qasımovanın repertuarında yer alan “Xatirədir”mahnısının sözləri Baba Vəziroğlu, musiqisi Kamala məxsusdur.
Rəşad Əliyev, Bizim.Media