Tanınmış prodüser Təranə Səmədova ikinci dəfə ana olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Təsir dairəsi” ictimai-sosial proqramda məlumat verilib.
Aparıcı Lalə Azərtaş müzakirə zamanı verilişdə qonaq olan Təranə barədə gözlənilməz açıqlama verib.
O, üzünü ekspertlərdən T.Səmədovanın hamilə olduğunu nəzərə almalarını xahiş edib.
Qeyd edək ki, Təranə Səmədovanın Suel adlı qızı var.
Rəşad Əliyev, Bizim.Media