Xalq artisti Brilliant Dadaşova konsert proqramı ilə Amerikada çıxış edib.
Bizim.Media xəbər verir ki, sənətçi orada həmkarı Elariz Məmmədoğlu ilə görüşüb. Elariz Brilliantla çəkdirdiyi fotolarını sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, 3 il əvvəl 2019-cu ildə E. Məmmədoğlu ABŞ-a köçüb. Elarizin həyat yoldaşı Gülnar xanım 2017-ci ildə "Greencard" qazanıb.
Rəşad Əliyev, Bizim.Media