Şairə Nazilə Səfərlinin oğlu Nurlanı evləndirib.
Bizim.Media xəbər verir ki, toy mərasimi gəlini Nuranənin yaşadığı Ağdaş rayonunda keçirilib. Səfərli baş tutan toyun görüntülərini sosial şəbəkə hesabında paylaşıb.
Görüntülərdə Nuranənin qardaşı da əks olunub. Diqqət çəkən məqam isə Nazilənin musiqiçilərin cibinə 100 manat əskinaslar qoyması olub.
Qeyd edək ki, bir neçə gün əvvəl cütlük Qusarda Laza şəlaləsinin önündə nikah bağlayıb. Nazilə Səfərlinin oğlunun toyu 9 mayda baş tutacaq.
Rəşad Əliyev, Bizim.Media