Hollivud aktrisası Ancelina Colinin Ukrayna səfəri zamanı maraqlı hadisə baş verib.
Bizim.Media xəbər verir ki, ulduzun Lvov şəhərində olarkən yeyib bitirmədiyi kruassan satışa çıxarılıb.
Bu barədə “Star News” “Telegram” kanalı məlumat yayıb. Bildirilib ki, kruassanın qiyməti 1 000 000 qriven (57 000 azn) müəyyən edilib.
Bizim.Media