Xalq artisti Miri Yusif konsert verəcək.
Bizim.Media xəbər verir ki, sənətçi 1,2,3 iyul tarixində "Yaşıl Teatr"da canlı solo konsert proqramı ilə çıxış edəcək.
O, sosial şəbəkə hesabında baş tutacaq konserti ilə bağlı bunları yazıb:
"Əziz ruh əkizlərim, 2 illik həsrətimizlə 3 günlük konsertlə son qoyacağıq. 1,2,3 iyul "Yaşıl Teatr"da. Geriyə sayım başladı".
Qeyd edək ki, Miri Yusifin 24 may 2020-ci il "Crystal Hall"da keçirilməli olan və pandemiya səbəbinə görə təxirə salınan konsertinə alınan bütün biletlər 1,2,3 iyul 2022-ci il tarixində "Yaşıl Teatr"da baş tutacaq konsertlərə dəyişdirmək mümkündür.
Daha ətraflı məlumatı iticket.az saytından əldə edə bilərsiz.
Rəşad Əliyev, Bizim.Media