Azərbaycanın məşhur müğənniləri Amerikada konsert proqramı ilə çıxış ediblər.
Bizim.Media xəbər verir ki, Vaşinqtondakı “The Kennedy Center”də səhnəyə çıxan müğənnilərimiz Xalq artistləri Brilliant Dadaşova, Nəzakət Teymurova və Əməkdar artist Abbas Bağırov olub.
Sənətçilər repertuarlarında yer alan xalq, bəstəkar və estrada mahnılarını onları seyr etməyə gələn tamaşaçılar üçün ifa ediblər.
Konsertdən sonra məşhurlar bir araya yığışaraq, xatirə fotosunu çəkdiriblər. Şəkilləri Əməkdar artist Abbas Bağırov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, tədbirdən əldə olunan gəlir işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün yaradılan fonda köçürüləcək.
Rəşad Əliyev, Bizim.Media