“Tarixin Bir Günü” günorta şousunda yarı ciddi, yarı zarafat gərgin anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, proqramda qonaq olan aktyor Sərxan Kərəmoğlu Əməkdar artist Elza Seyidcana canlı efirdə yaxınlaşaraq, hərəkətləri ilə qarşı tərəfi özündən çıxardıb.
Sərxan əlləri ilə Elzanın başına və bədəninə sığal çəkərək “Elza xanım bəyənmədiyiniz ritmlər budur. Amma bizim ritmlərimizin 90%-i isə budur” deyib və onu silkələməyə başlayıb.
Kərəmoğlunun bu hərəkətinə Seyidcahan “Adə, bir dəqiqə dayan görüm” deyərək ayağa qalxıb:
“Mən sənə icazə vermədim ki, gəlib məni silkələyəsən. Sənin məni sığalladığın musiqilər var, onlar nəvələrimin dilində “ö-dir”, amma silkələyən musiqilər isə səni ayıldır”, - deyə Elza sərt cavab verib.
Rəşad Əliyev, Bizim.Media