Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə çəkdirdiyi bir-birindən cəlbedici fotoları ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştə yollanan aktrisa tanınmış fotoqraf David Ajkainin kamerası önünə keçib.
Saçlarını kürəyinə tökən Nəsrin topuğa kimi uzanan tünd rəngli yağmurluq, yüksən dabanlı ayaqqabı və həcimli eynəkdə pozlar verib.
Qeyd edək ki, aktyor Gökhan Alkanla nişanlı olan Nəsrin Cavadzadə bu yay nikah masasına oturacaq. Cütlüyün toyu Datça şəhərində olacaq.
Rəşad Əliyev, Bizim.Media