Bu gün ATV-də yayımlanan "Həmin Zaur" axşam şousunda gərgin anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, verilişin aparcısı Zaur Kamalın canlı efirdə halı pisləşib.
Beləki sözügedən proqramda qonaq olan müğənni Mətanət Əsədovanı sorğu-suala çəkən aparıcı özünü pis hiss edib.
Müğənni aparıcıya bildirib ki, "Gəl otur yanımda. Sənə seyid əlimi çəkim. Gör necə yaxşı olacaqsan".
O, Zaur Kamalı artistilik etməkdə suçlayaraq, lağa qoyub:
"Sən içəri girəndən məni tabuta qoyursan. Sənin gözəl tabutluq boyun var. Amma sənə qıymaram".
Rəşad Əliyev, Bizim.Media