Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Türkiyənin pop ulduzu Hadisə evlənib.
Bizim.Media xəbər verir ki, milyonçu iş adamı Mehmet Dinçerlerə ərə gedən sənətçinin toyunun təfərrüatları üzə çıxıb.
"Çırağan" sarayında baş tutan qapalı toy məclisində 20 nəfər qonaq iştirak edib. İstanbulun Şişli rayonun bələdiyyə başçısı Məhərrəm Kəskin tərəfindən qeydə alınan nikahda olan qonoqların foto və video çəkməsi yasaqlanıb.
Nikahdan sonra bütün ailə bir masa ətrafına yığışaraq, iftar süfrəsinə oturublar.
Rəşad Əliyev, Bizim.Media