Tanınmış müğənni Elnur Məmmədov oğlunun fotosunu yayımlayıb.
Bizim.Media xəbər verir ki, ötən ilin noyabrında ata olan sənətçi oğlu İnamla çəkdirdiyi fotosunu sosial şəbəkə hesabında paylaşıb.
O, digər həmkarları ilə kimi oğlunun üzünü gizlədərək, "Bayramınız mübarək! Ömrümün ən gözəl Ramazan bayramı" sozlərini əlavə edib.
Qeyd edək ki, Elnur Məmmədov 2011-ci ildə ailə qurub. Lakin onun 10 il övladı olmayıb. O, aylar əvvəl qonaq olduğu "Günün sədası" səhər şousunda ata olmaq üçün xeyli pul xərclədiyini açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media