Müğənni Azad Şabanov həyat yoldaşı ilə Türkiyəyə gedib.
Bizim.Media xəbər verir ki, Ramazan bayramını İstanbul şəhərində keçirən sənətçi "Emirgan Korusu" parkında xanımı çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb.
Lakin fotolarda xanımının üzünü gizlədib.
Qeyd edək ki, Azad Şabanov Toma adlı xanımla 2019-cu ildə ailə qurub. Cütlüyün 2022-ci ildə Pənah Əli, 2021-ci ildə isə Səid Əli adlı oğulları dünyaya gəlib.
Rəşad Əliyev, Bizim.Media