"Kişi sənətçilərin mağazadan kirayə geyim götürmələri düzgün deyil".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "ŞouRum" maqazin verilişinə müsahibəsində deyib.
Sənətçi deyir ki, qadınların deyil, kişilərin kirayə geyim götürməsi yol verilməzdir: "Bu, qadınlara xas olan məsələdir. Kirayəyə də paltar götürərlər ? Heç vaxt (gülür)".
Bir sıra müğənnilərin şəxsi bizneslərinin olduğu bir zamanda V. Məhərrəmli biznesinin olduğunu inkar edərək bu məsələni belə şərh edib: "Qoy desinlər ki, Vasifin biznesi var. Amma mənim heç bir biznesim yoxdur, yalandır. Mənim biznesim oxumağımdır".
Rəşad Əliyev, Bizim.Media