Türkiyəli müğənni Yıldız Tilbe qəza törədib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı idarə etdiyi avtomobillə motosiklet sürücüsünü vurub.
Qəza ötən günİstanbulun Maltepe İdealtepe məhəlləsində qeydə alınıb.
Hadisənin ardından müğənni yaralıya yardım etməyə çalışıb. Əraziyə polis və təcili tibbi yardım yardım cəlb olunub.
Yaralı xəstəxanaya, Tilbe isə ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.
Bizim.Media