Azərbaycanın estrada və opera müğənnisi (tenor), keçmiş SSRİ xalq artisti mərhum Rəşid Behbudovun arxiv görüntüləri üzə çıxıb.
Bizim.Media xəbər verir ki, məşq zamanı lentə alınan kadrlarda sənətkar bir sıra müğənnilərə vokaldan dərs keçib. Kadrlarda tələbələr arasında Əməkdar artist Almaz Ələsgərli də yer alıb. Onlar “Mən aşıq gözlərinə” xalq mahnısını ifa ediblər.
Yayılan görüntülərdə R.Behbudov qızların ifasını belə şərh edib:
“Ay qızlar nə oxuyursunuz? Elə bil ki, sizi döyüblər, uduzmusunuz, yasdan gəlirsiniz”.
Qeyd edək ki, bu kadrlar 1-ci Vətən müharibəsindən əvvəl çəkilib.
Rəşad Əliyev, Bizim.Media