ATV-də yayımlanan “Xoş-Beş” günorta şousunun aparıcısı Vüsalə Kərimova bu gün efirə çıxmayıb.
Bizim.Media xəbər verir ki, verilişdə V. Kərimovanı “Həkimsən” proqramının aparıcısı İlhamə Bədəlova ilə aktyor Məcid Hüseynov əvəz edib.
Onlar bildiriblər ki, bu gündən etibarən “Xoş-Beş” proqramı onların aparıcılığı ilə yayımlanacaq.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Vüsalə Kərimova ilə əlaqə saxlayıb.
Kərimova “İşləmək istəmədim, çıxdım. Qoyulan qadağalara görə bu verilişdən uzaqlaşmağa qərar verdim” deyə qısa şəkildə şərh bildirib.
Qarşı tərəfin - ATV-nin məsələ ilə bağlı rəsmi cavabını təqdim edəcəyik.
Rəşad Əliyev, Bizim.Media