Bir neçə gün əvvəl rəqqasə Fatimə Fətəliyevanın sosial şəbəkə hesabında açdığı canlıda oriyental rəqs barədə söyləydiyi “Oriyental rəqsi özümə yaraşdırmıram. Ümumiyyətlə, Azərbaycan xanımına yaraşdırmıram” fikirləri həmkarları arasında birmənalı qarşılanmayıb.
Bizim.Media xəbər verir ki, bu sözlərdən sonra Fatimə məclislərin birində “Renka” ləqəbi ilə məşhurlaşan (Rəna Ağamuradova) bir araya gəlib.
Fatimə tərəfindən paylaşılan görüntülərdə Ağamuradova Fətəliyevanı öpüşlərə qərq edib. Qarşı tərəf isə Renkanın bu addımına “Renka, mənim muzam” şərhini yazıb.
Beləcə ikili münasibətlərinin yaxşı olmasına işarə vurublar.
Rəşad Əliyev, Bizim.Media