“İndiki qadın aparıcılar gözəllikdə, cəlbedicilikdə pis deyillər, yaxşıdırlar. Amma arzu edərdim ki, ürək olsun. Onlarda ürək yoxdur!”
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Ofeliya Sənani qonaq olduğu “Birincisən” verilişində deyib.
AzTV-nin keçmiş diktoru yeni nəsil aparıcıları bəyənsə də, eyni zamanda tənqid də edib.
“Adi danışırlar. Elə yer var ki, orada ürək qoymaq lazımdır. Təsir etməlisən tamaşaçıya”.
O.Sənani gözəlləşmək naminə məşhurların etdirdiyi əməliyyatlarına da toxunub.
“Estetik və plastik əməliyyat keçirməmişəm. Efirə də çıxanda təkcə kirşandan istifadə etmişəm. Üzümə qrim belə etmirdim. Heç zaman da əməliyyat etdirmərəm. Xoşum gəlmir, o dəqiqə də bilinir ki, əməliyyat etdirən insanın burnu kəsilib, nazikləşib”.
Rəşad Əliyev, Bizim.Media