Türkiyədə məşhur aktrisa Hande Erçel və aktyor Kaan Yıldırımın sevgili olduğu təsdiqini tapıb.
Bizim.Media "enmagazin"ə istinadən xəbər verir ki, bu barədə Erçel özü məlumat verib.
Belə ki, Etilerdə görüntülənən Hande Erçel Kaan Yıldırımla münasibəti haqqında verilən suala “hər şey yaxşıdır” cavabını verib. O, Yıldırımla getdiyi tətil üçün “çox keyifli idi” deyib.
Qeyd edək ki, Kerem Bürsindən ötən ay ayrılan Hande Erçel Hadisənin nişanlısı olan Mehmet Dinçerlerin keçmiş sevgilisi olub. Kaan Yıldırım isə bundan öncə Hadisə ilə sevgili olub.
Bizim.Media