Xalq artisti Brilliant Dadaşovanın müğənni bacısı Lalə Dadaşova da plastik əməliyyat etdirəcək.
Bizim.Media xəbər verir ki, "Elgizlə izlə" ictimai-sosial proqramında qonaq olan sənətçi cavanlaşmaq üçün bu həftə bıçaq altına uzanacağını söyləyib.
Lalə əməliyyat vasitəsi ilə üzündəki qırışlardan və gözünün üstündəki artıq ətlərdən xilas olacaq.
"Artıq eləmək vaxtıdır. İndiyənə qədər heç nə etdirməmişəm. Bir az da burnumun dikləşdirilməsini istəyirəm", - deyə, L.Dadaşova bildirib.
Rəşad Əliyev, Bizim.Media